Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Den.az-ın Şimal bürosundan verilən məlumata görə Quba rayon sakini 21 yaşlı Telman İbrahimovun idarə etdiyi "Toyota" markalı minik avtomobili idarəetməni itirərək dəmir maneəyə çırpılıb.
Nəticədə sərnişin Beyləqan rayon sakini, 25 yaşlı Yusif Yusifli hadisə yerində ölüb. Sürücü T.İbrahimov isə, Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Nüşabə Baxşiyeva
Den.az