15 
apr
2024
08:50
145

Zəngəzurda daha bir erməni hərbçi ÖLDÜ

15 apr, 2024
08:50
145

Zəngəzurda daha bir erməni hərbçi ÖLDÜ

Ermənistan ordusunun hərbi qulluqçusunun idarə etdiyi avtomobil çaya düşüb.
 
Den.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün Zəngəzur (Sünik) bölgəsində baş verib.
 
Məlumata görə, saat 22:20 radələrində Sünik sakini Yura A.-nın idarə etdiyi “Nissan” markalı avtomobillə Qafan şəhərində idarəetməni itirib və çaya düşüb.

Hadisə yerinə polis əməkdaşları gəlib və cinayət işi açılıb.
 
Ölən şəxsin Ermənistan ordusunun "N" saylı hərbi hissənin müqaviləli əsgəri olduğu bildirilir 
 
Qeyd edək ki, ötən həftə baş verən qəza zamanı Ermənistan ordusunun 4 hərbçisi ölüb, 20-si yaralanıb.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar