Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
Den.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax- magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.