31 
avq
2023
22:51
288

Şəmkirdə dəhşətli yol qəzasında ölən şəxslərin kimliyi bəlli olub

31 avq, 2023
22:51
288

Şəmkirdə dəhşətli yol qəzasında ölən şəxslərin kimliyi bəlli olub

Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralananlar var.

"Den.az" xəbər verir ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində Tovuz rayon sakini, 1996-cı il təvəllüdlü R.Namazov idarə etdiyi "Mercedes" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yol kənarına aşırıb.


Nəticədə avtomobildə olan sərnişinlər - 1980-ci il təvəllüdlü Dürdanə Nəbiyeva və 2002-ci il təvəllüdlü Eyvaz Nəbiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.


Avtomobildə olan digər sərnişinlər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının əməkdaşları gəlib, müvafiq tədbirlər həyata keçirib, faktla bağlı araşdırmalar davam etdirilir.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar