Göyçayda fərdi yaşyış evi yanıb.
Den.az xəbər verir ki, hadisə rayonun Mollahacılı kəndində qeydə alınıb.
Belə ki,kənd sakini 1963 cü il təvəllüdlü Elbrus Həsənova məxsus ümumi sahəsi 270 kv.metr olan 1 mərtəbəli 8 otaqdan ibarət kürsülü ev əşyaları ilə birlikdə tamamilə yanıb.
Ev sahibinin sözlərinə görə evin bütün sənədləri, özlərinə məxsus əşyalar yanaraq külə dönüb bir nəfər isə yanıq xəsarəti alıb.İlkin ehtimala görə yanğın evin mətbəxt hissəsindən başlayıb və qısa zamanda yanğının ərazisi böyüyüb.
Hadisə yerinə dərhal Göyçay Yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yaxındakı tikillər yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.