Kürdəmirdə fərdi yaşayış evi yanıb.Hadisə rayonunun Şahsevən kəndində qeydə alınıb.
Den.az-ın aran bürosu xəbər verir ki, kənd sakini 58 yaşlı Baxşıyev Xəlil Ataxan oğluna məxsus ümumi sahəsi 120 m² olan 3 kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konsturuksiyaları yanıb. Hadisə gecə saatlarında olduğundan ev sahibi evdən heçnə çıxara bilməyib.
Hadisə yerinə FHN-nin Kürdəmir Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.Yanğın söndürülb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
Den.az