Sancaktepedə 28 yaşlı B.C. mübahisədən sonra anasını və atasını bıçaqlayaraq öldürüb. Hadisədən sonra şübhəli silahla birlikdə tutularaq nəzarətə götürülüb.
Den.az xarici mediaya istinadla bildirir ki, iddiaya görə, Veysel Karani məhəlləsində 3 mərtəbəli binanın birinci mərtəbəsində yaşayan 28 yaşlı B.C. gecə saatlarında 60 yaşlı anası Əminə C. və 65 yaşlı atası Əhməd C. ilə mübahisə edib. Mübahisə böyüyərkən B.C. valideynlərini bıçaqlayıb.
Məlumat daxil olduqdan sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Müayinə zamanı Əhməd C. nin öldüyü müəyyən edilib. Anası Emine C. ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra qaçan şübhəli silahla birlikdə tutulub.Lent.az