Oğlan 27 yaşlı Ayşe İnceyolun evinə basqın edib.
Den.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, hadisə Bitlisin Mutki rayonunda qeydə alınıb.
Cihan Oral daha əvvəl qaçırdığı Ayşe İnceyolu, 65 yaşlı atası Musanı və 35 yaşlı böyük qardaşı Neytullah İnceyolu silahla öldürüb, 54 yaşlı anası Nermin İnceyolu isə ağır yaralayıb. Hadisədən sonra qaçan Cihan Oralın tutulması üçün axtarış başladılıb.
Hadisə gecə saat 3 radələrində Mutki rayonunun Kavakbaşı qəsəbəsinin Arpalıseki məhəlləsində baş verib. Muşun Qorkut rayonunun Azaklı kəndində yaşayan evli Cihan Oral təxminən bir il əvvəl Ayşe İnceyolu qaçırıb. Lakin İnceyol ailəsi bir müddət sonra qızlarını taparaq evə gətirib. Cihan Oral gecə silahını da götürərək rayona gəlib.
DƏHŞƏT: Qaçırdığı qızın ailəsinin evinə basqın edib, qızı, atası və qardaşını öldürdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.