19 oktyabrda Parisdə baş vermiş Luvr qarəti işi üzrə üçüncü şübhəli saxlanılıb və istintaq orqanları tərəfindən dindirilib.
DenMedia.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Məlumata görə, həmin şəxs çarşamba axşamı Paris ətrafında həbs olunub. Onun ehtimal olunan iki cinayət ortağına isə həmin gün rəsmi ittiham irəli sürülüb və onlar ilkin həbsə alınaraq istintaq təcridxanasına göndəriliblər.
İstintaq versiyasına əsasən, üçüncü şəxs də Luvr muzeyinin qarətini həyata keçirən qrupun üzvü olub.

