Fransada Luvrdan zinət əşyalarının oğurlanması ilə bağlı istintaq davam edir. Oğrular hələ də tapılmayıb, lakin araşdırmaya İsraildəki CGI Group adlı təhlükəsizlik şirkəti də cəlb olunub — bu qurum əvvəllər Drezden muzeyindən bir milyard dollarlıq eksponatların tapılmasına kömək etmişdi.
İsrailin N12 telekanalı xəbər verir ki, cinayətkarların Luvrun mühafizə xidməti əməkdaşı ilə əlbir olduğu barədə sübutlar ortaya çıxıb.
Mənbələrin məlumatına görə, telefon zənglərinin bilinqi, yazışmalar, hadisə yerindən götürülən dəlillər və şahid ifadələri muzeyin bir mühafizəçisinin qarətçilərə məlumat sızdırdığını göstərir.
“Məhz bu əməkdaş oğrulara Luvrun təhlükəsizlik sisteminin necə işlədiyini açıqlayıb. Belə məlumat olmasaydı, onlar bu qədər cəsarətli qarətə cürət etməzdilər,” — deyə N12-nin istintaqa yaxın mənbələri bildiriblər.
Məlum olub ki, oğurluq muzeyin siqnalizasiya və videomüşahidə sisteminin yenilənməsi dövründə baş verib. Həmin vaxt kameralar yalnız 70% qalereyada quraşdırılmışdı, bu da cinayətkarların işini xeyli asanlaşdırıb.