Luvrun qarət işi üzrə saxlanılan iki nəfər istintaqda ifadə verməkdən imtina edib.
DenMedia.az xəbər verir ki, bu barədə Le Parisien yazır.
Krallıq zinyət əşyalarının oğurluğunda şübhəli bilinən şəxslər 25 oktyabr şənbə günündən bəri Parisdə xüsusi polis bölməsində saxlanılır.
Məlumata görə, onlar özlərinə qarşı ifadə verməkdən imtina ediblər, halbuki ən azı iki şərikləri hələ də azadlıqdadır.
İstintaq oğruların şəxsiyyətini DNT vasitəsilə müəyyən edib:
— 39 yaşlı Fransa–Əlcəzair vətəndaşı qaçarkən dəbilqəsində qalan tükdən tanınıb;
— Mali əsilli ikinci şəxs isə binanın fasadına qalxarkən geydiyi jiletdəki DNT ilə müəyyən olunub.
Cinayətkarlardan biri Əlcəzairə uçmaq ərəfəsində — “Şarl de Qoll” aeroportunda həbs olunub.
19 oktyabrda oğurlanan və dəyəri 88 milyon avro olan zinət əşyaları hələ də tapılmayıb.
Polis ümid edir ki, əlavə sübutların analizi digər şərikləri və sifarişçiləri müəyyən etməyə kömək edəcək.

