Banditizmlə mübarizə şöbəsinin əməkdaşları Luvrun qarətində dördüncü şübhəlini saxlayıblar.
DenMedia.az xəbər verir ki, bu barədə Le Parisien qəzeti polisə istinadən məlumat yayıb. Hadisə İle-de-Frans regionunda baş verib.
“Luvrun qarətində [iştirak edən] dördüncü şübhəli çərşənbə axşamı səhər Paris regionunda banditizmlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb”, — deyilir məlumatda.

