Ucarda baş verən bədbəxt hadisə insan itkisi ilə nəticələnib.
DenMedia.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Zahidov İntizam Vaqif oğlu yaşadığı evin həyətində elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Məlumata görə, hadisə bu gün baş verib. İlkin araşdırmalara əsasən, İntizam Zahidov evin həyətində yerləşən hovuzdan su çəkmək istəyib. O, bu məqsədlə mator vasitəsilə su nasosunu işə salmaq istədiyi zaman əlinin elektrik naqilinə toxunması nəticəsində güclü cərəyan vurub.
Qonşuların sözlərinə görə, hadisə anında ailə üzvləri səs-küyə çıxaraq köməyə çalışıblar, lakin artıq gec olub. 48 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və tibbi ekspertlər cəlb olunub. Meyit müayinə olunması üçün aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
Aqil Əsədov
DenMedia.az