İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livananın cənubuna üç zərbə endirib. Bu barədə RIA Novosti məlumat yayıb.
Aviasiya zərbələri Sarafand və Tebna yaşayış məntəqələri arasında yerləşən yüksəkliklərə endirilib.
Agentliyin mənbəsinin bildirdiyinə görə, üçüncü zərbə pilotsuz uçuş aparatı vasitəsilə Sarafand rayonunda bir avtomobilə endirilib.
Yanvarın 5-də İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İsrail qoşunlarının Livanda şiə təşkilatı Hizbullah və radikal fələstin hərəkatı Həmasa məxsus obyektlərə qarşı yeni zərbələr silsiləsinə başladığını açıqlayıb.

