İranın qərbində etiraz aksiyalarında iştirak edən şəxslərin odlu silahlarla silahlandığı bildirilir. Bu barədə Mehr informasiya agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iğtişaşlar nəticəsində azı bir nəfər həlak olub, iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb.
Bundan əvvəl xəbər verilmişdi ki, İranda etirazçılar alovlu barrikadalar quraraq yolları bağlayıblar və təhlükəsizlik qüvvələrinin irəliləməsinin qarşısını almağa çalışıblar. Etiraz iştirakçıları Bəsic qüvvələrinin ərazidən çıxışını əngəlləməyə cəhd edir.

