Qüdsdə lisenziyasız fəaliyyət göstərən özəl uşaq bağçasında faciləvi hadisə baş verib. İsrail KİV-lərinin məlumatına görə, kütləvi zəhərlənmə nəticəsində dörd aylıq iki körpə həyatını itirib, daha 53 uşaq intoksikasiya əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn təcili yardım briqadaları uşaqları dərhal tibb müəssisələrinə təxliyə ediblər. İlkin ehtimallara əsasən, zəhərlənməyə məkanın isidilməsi zamanı zəhərli maddələrin ayrılması səbəb ola bilər.
Bildirilir ki, müəssisənin rəsmi fəaliyyət icazəsi olmayıb. İsrail polisi üç tərbiyəçini dindirilmək üçün saxlayıb. Həmçinin uşaqların uyğunsuz şəraitdə saxlanıldığı ehtimalı da araşdırılır. Hadisə Qüds şəhərində qeydə alınıb.

