Qazaxıstanda kütləvi qaz zəhərlənməsi nəticəsində 52 nəfər, o cümlədən 10 uşaq xəsarət alıb. Bu barədə Informburo.kz məlumat verib. Hadisə Almatıda qatar vaqonunda baş verib.
Şəhərin İctimai Səhiyyə İdarəsinin məlumatına görə, bütün zərərçəkənlər dərhal xəstəxanalara çatdırılıb. İki uşaq reanimasiyadadır, digər şəxslər isə ilkin müayinədən sonra ambulator müalicəyə buraxılıb.
Məlum olub ki, qaz sızması kino çəkilişləri üçün icarəyə götürülmüş vaqonda baş verib. “Qazaxıstan Dəmir Yolları” bildirir ki, sözügedən qatar özəl daşıyıcıya məxsusdur və onların “Sərnişin Daşımaları” şirkəti ilə əlaqəsi yoxdur.
Hadisə yerinə operativ yardım üçün 13 təcili yardım briqadası cəlb edilib. Sızmanın dəqiq səbəbləri araşdırılır.

