Kabulda baş verən partlayış nəticəsində yeddi nəfər həyatını itirib. Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, partlayış Kabul şəhərində yerləşən hotellərdən birində baş verib. Hadisə zamanı dörd qadın və bir uşaq xəsarət alıb.
Bildirilir ki, ümumilikdə 20 yaralıdan yeddisi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, partlayış Kabul şəhərində yerləşən hotellərdən birində baş verib. Hadisə zamanı dörd qadın və bir uşaq xəsarət alıb. Bildirilir ki, ümumilikdə 20 yaralıdan yeddisi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd olunur ki, insident Şəhr-i-Nəv rayonunda qeydə alınıb. Bu ərazidə səfirliklər və iri ticarət obyektləri yerləşir və rayon Kabulun ən təhlükəsiz bölgələrindən biri hesab olunur.

