Kürdəmirdə güclü yanğın hadisəsi baş verib 7 otaqlı fərdi yaşayış evi yanaraq külə dönüb.
DenMedia.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki,kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus iki mərtəbəli hər mərtəbəsinin ümumi sahəsi 260 kv metr olmaqla ümumilikdə 520 kv metr olan 7 otaq və bir balkondan ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.Bundan başqa evə bitişik olan 210 kv metrlik çardağın 70 kv metrlik hissəsidə yanıb və çardağın 140 kv metrlik hissəsi isə yanğından mühafizə olunub. Ev sahibi bütün baş verənlərlə bağlı FHN-nin əməkdaşlarını günahlandırıb. Onların sözlərinə görə, yanğınsöndürənlər vaxtında gəlsəydi ən azından az zərərlə qurtarmaq olardı.
Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.Qeyd edək ki yanğın zamanı ev sahibi evdə olmayıb.Ev sahibinin yaxınlarının sözlərinə görə yanğın qısaqapanmadan baş verib və yanğın zamanı ev sahibinə 300 min manata yaxın maddi ziyan dəyib.Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Aqil Əsədov
DenMedia.az