ABŞ-ın keçmiş prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin ilk əri Uilyam Stivenson qətldə ittiham edilərək saxlanılıb. Bu barədə NBC məlumat yayıb.
Məlumatda deyilir:
“Keçmiş birinci xanım Cill Baydenin sabiq əri saxlanılıb və o, hazırkı həyat yoldaşını öldürməkdə ittiham olunur.”
77 yaşlı Uilyam Stivenson barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə tərəfindən 500 min ABŞ dolları məbləğində girov müəyyən edilib.
Ehtimal olunan qətlin bütün detalları hələlik məlum deyil. Dekabr ayında polis Stivensonlar ailəsinin evinə məişət zorakılığı ilə bağlı daxil olmuş məlumat əsasında gəlib. Uilyam Stivensonun həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Ona tibbi yardım göstərilməsinə cəhd edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

