Cənubi Koreyada avtomobil ehtiyat hissələri zavodunda baş verən yanğın faciə ilə nəticələnib.
Yonhap agentliyinin məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub, 59 nəfər yaralanıb, 4 nəfər isə itkin düşmüş hesab olunur.
Yanğın zamanı müəssisədə ümumilikdə 170 işçi olub.
Məlumata əsasən, həlak olanların cəsədləri binanın ikinci və üçüncü mərtəbələrində aşkarlanıb.
Hadisə yerində xilasetmə əməliyyatları çətin şəraitdə aparılıb.
Yanğınsöndürənlər binaya dərhal daxil ola bilməyib — çökmə riski və içəridə 200 kq natriumun olması təhlükə yaradıb.
Yalnız təhlükəsizlik təsdiqləndikdən sonra xilasedicilər dağıntıların sökülməsinə başlayıblar.

