Qazaxıstanın Türküstan vilayətində yerləşən fərdi yaşayış evində baş verən dəhşətli yanğın nəticəsində azı 12 nəfər, onların arasında 9 uşaq həlak olub. DenMedia.az xəbər verir ki, məlumatı vilayətin Fövqəladə Hallar Departamenti yayıb.
Xilasetmə qrupları evdən huşsuz vəziyyətdə üç nəfəri çıxarıb və onları dərhal həkimlərə təhvil veriblər. Hadisə yerində aparılan axtarış zamanı qurbanların cəsədləri aşkar edilib:
“Evin içərisində 12 nəfərin meyiti tapılıb, onların doqquzu uşaqdır.”
Hazırda əraziyə fövqəladə xidmətlər cəlb olunub, yanğının səbəbləri araşdırılır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faciə ilə bağlı dərin hüznlə başsağlığı verib.

