Cənubi Koreyanın Tecon şəhərində avtomobil ehtiyat hissələri istehsal edən zavodda baş verən yanğın nəticəsində 10 nəfər həlak olub, 59 nəfər xəsarət alıb.
Bundan əlavə, “Yonhap” agentliyinin məlumatına görə, daha 4 nəfər itkin düşmüş hesab olunur və hazırda yanğınsöndürənlər onların axtarışını davam etdirir.
Qeyd olunur ki, yanğın baş verən zaman zavod daxilində ümumilikdə 170 işçi olub.

