Oğuzda avtomobil aşıb.
DenMedia.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Böyük S öyüdlü kənd sakini, 1971-ci il təvəllüdlü Yunisov Oybek İsrafiloviç idarə etdiyi “Mitsubishi” markalı avtomobil yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişinləri, 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç, onun qızı 2011-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, qəza zamanı xəsarət alan şəxslər Bakı şəhərindən toydan qayıdırlarmış. Faktla bağlı araşdırma aparılır.

