ABŞ-da turnirə gedən piklbol üzrə idman komandası aviaqəzada həlak olub. Bu barədə Amarillo Pickleball Club klubunun nümayəndələri sosial şəbəkələrdə bildiriblər.
Onların sözlərinə görə, oyunçular Texas ştatında yerləşən Amarillo şəhərindən Nyu-Braunfelsə yollanırdılar. Təyyarənin göyərtəsində beş nəfər olub: komandanın dörd üzvü və pilot.
İlkin məlumata görə, havada təyyarədə problem yaranıb və göyərtədə olanların hamısı, o cümlədən pilot həyatını itirib. Aviadispetçer qəza öncəsi təyyarənin qeyri-adi manevrlər etdiyini, daha sonra isə radarlardan itdiyini bildirib. Hadisədən sonra turnir ləğv edilib.

