Hindistanın Maharaştra ştatının baş nazirinin müavini, Milli Konqres Partiyasının liderlərindən biri Açit Pavar Hindistanda şəxsi təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
Aviaqəza Baramati şəhərinin hava limanına eniş zamanı baş verib. The Indian Express nəşrinin Hindistanın Mülki Aviasiya Baş İdarəsinə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində beş nəfər həyatını itirib.
Bildirilir ki, Learjet 45 tipli biznes-cetdə Açit Pavarla yanaşı, təhlükəsizlik əməkdaşı, bələdçi-stüardessa və iki pilot olub — onların hamısı həlak olub.
Aviasiya qurumlarının ilkin məlumatına əsasən, hava gəmisi eniş anında qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır, rəsmi istintaq başlanıb.

