Avstraliyanın Adelaida şəhərində yerləşən Parafild hava limanında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Bu barədə ABC Australia məlumat yayıb. Hadisə 29 aprel gündüz saatlarında baş verib. Təyyarə eniş zamanı anqara çırpılıb, zərbədən sonra ərazidə yanğın baş verib, lakin yanğınsöndürənlər alovu qısa müddətdə nəzarət altına alıblar. Qəza nəticəsində iki nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerindən təxliyə edilənlər arasında pilot-kursantların da olduğu bildirilib. Hazırda yerli polis hadisənin bütün detallarını araşdırır və təyyarənin anqara çırpılmasına səbəb olan amillər müəyyənləşdirilir. Cənubi Avstraliya ştatının baş naziri Piter Malinauskas həlak olanların ailələrinə başsağlığı verib və zərərçəkənlərə dəstək göstəriləcəyini bildirib.
Avstraliyada təyyarənin enişi faciə ilə nəticələndi
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

