Kolumbiyanın Kundinamarka departamentində kömür şaxtasında baş verən partlayış nəticəsində doqquz mədənçi həyatını itirib.
Bu barədə bölgə qubernatoru Xorxe Emilio Rey X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, La Trinidad şaxtasında, Sutatausa ərazisində bloklanmış işçilərin cəsədləri artıq tapılıb.
Digər altı mədənçi isə xilas edilərək xəstəxanaya yerləşdirilib.

