Qana ölkəsinin Aboffrem kəndində canlı körpəni basdırmağa cəhd edən keşiş saxlanılıb. Bu barədə Ghana Web məlumat yayıb.
Beş aylıq qızın xilas olunmasına Uinfred Aqba kömək edib. O bildirib ki, yerli vaxtla gecə saat 11 radələrində zibil sahəsində Riçmond Akvasi Frimponq və onun əlbir olduğu şəxsi körpə ilə birlikdə görüb. Şübhələnərək onların arxasınca gedib və keşişin körpəni diri-diri torpağa basdırmağa cəhd etdiyinin şahidi olub. Bundan dərhal sonra o, həyəcan siqnalı verib.
Hazırda körpə xəstəxanadadır. Kənd rəhbərinin köməkçisi Nana Yau Badunun sözlərinə görə, keşiş ona körpənin vəziyyəti barədə yalan danışıb. Frimponq iddia edib ki, körpə artıq ölüdür və basdırılmalıdır. O, əlbir olduğu şəxslə birlikdə saxlanılıb.

