ABŞ-ın Yaxın Şərqdə başlatdığı hərbi əməliyyatdan bəri İranın hücumlarına ən azı 17 gəmi və bir dəniz qazma platforması məruz qalıb. Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb. Məlumata görə, Fars körfəzində səkkiz ticarət gəmisi, o cümlədən tanker və konteyner daşıyan gəmilər, həmçinin bir dəniz qazma platforması hücuma məruz qalıb. Bundan başqa, Hörmüz boğazında beş gəmi, Oman körfəzində isə daha dörd gəmi hücum hədəfi olub. UKMTO bildirir ki, hücumlar mərmilər, zərbə dronları və pilotsuz katerlərdən istifadə etməklə həyata keçirilib.
İranın hücumlarına 17 gəmi və dəniz platforması məruz qalıb
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

