Çinin Hunan əyalətində yerləşən fişəng istehsalı zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, müxtəlif dərəcəli xəsarətlər alanların sayı 61 nəfərdir.
Hadisənin baş verdiyi Lyuan şəhərində əraziyə beş xilasedici qrup cəlb olunub. Nəticələrin aradan qaldırılması üçün ümumilikdə 482 mütəxəssis səfərbər edilib.
Bildirilir ki, güclü detonasiya nəticəsində yaranan partlayış dalğası 300–400 metr radiusda yerləşən binalara ziyan vurub.
Hadisə yerində fövqəladə hallar xidmətləri və yanğınsöndürmə briqadalarının işi davam edir.
Müəssisə ərazisində yerləşən iki barıt anbarının hələ də ciddi təhlükə yaratdığı qeyd olunub.
Mütəxəssislər əsas əməliyyat zonası üçün bir kilometrlik, nəzarət zonası üçün isə üç kilometrlik ərazi müəyyən ediblər.

