Abşeron rayonunda güclü partlayış baş verib.
DenMedia.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış kompleksində qeydə alınıb.
İlkin məlumata görə, 8-ci binanın 2-ci mərtəbəsində partlayış olub və bu, qısa zamanda yanğınla müşayiət edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları, təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Əraziyə gələn yanğınsöndürənlər alovun daha yüksək mərtəbələrə keçməsinin qarşısını almaq üçün operativ tədbirlər görüblər. Partlayışın mənzildə qaz sızmasından qaynaqlandığı ehtimal edilir, lakin dəqiq səbəblər hələlik məlum deyil.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb. Əraziyə toplanan sakinlər bildiriblər ki, partlayış səsi Xırdalanın bir çox hissəsində eşidilib.
Hazırda mütəxəssislər partlayışın səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılır.
Ellada Rəsul
DenMedia.az

