Kerala ştatının cənubunda yerləşən pirotexnika fabrikində güclü partlayış baş verib. Bu barədə The Hindu məlumat yayıb.
Hadisə nəticəsində azı 13 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, partlayış zamanı istehsalat sexində təxminən 40 işçi olub. Hadisədən sonra güclü yanğın başlayıb və müəssisə ərazisində bir neçə binanın uçması qeydə alınıb.
Kerala polisinin məlumatına əsasən, hadisə ilə bağlı araşdırma aparılır, partlayışın səbəbləri müəyyənləşdirilir. Xilasedici əməliyyatlar davam edir, lakin ərazidə təkrar partlayış riski qalır.

