Bolqarıstanın Kazanlık şəhərində yerləşən “Arsenal” silah zavodunda partlayış baş verib.
Den.az xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb.
İlkin məlumata əsasən, fabrikdə əvvəlcə güclü yanğın baş verib, daha sonra isə partlayış olub və zərbə dalğası işçilərin olduğu hissəni dağıdıb.
Hadisə zamanı başından xəsarət alan əməkdaş xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.