Türkiyənin Marmaris kurortu sahillərində içərisində 110 sərnişin olan Bigboss Diamond adlı turist gəmisi batıb.
Bu barədə DHA məlumat yayıb.
“Gəmidə olan sərnişinlər həmin ərazidə olan eyni şirkətə məxsus başqa bir ekskursiya katerinə təhlükəsiz şəkildə təxliyə edilib”, deyə məlumatda qeyd olunub.
Bildirilir ki, gəmi heyəti batmazdan əvvəl gəmidə texniki nasazlıq olduğunu fərq edib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.

