Yaponiya sahillərində dayanan “NEKSU” adlı Rusiya gəmisi patrul kateri tərəfindən yedəyə alınıb.
DenMedia.az RIA Novosti-ə istinadən xəbər verir ki, hadisə barədə məlumatı Rusiyanın Niiqata şəhərindəki Baş konsulluğunun vitse-konsulu Aleksey Krivoruçko təsdiqləyib. Onun sözlərinə görə, gəminin heyəti sağlamdır və tibbi yardıma ehtiyac duymur.
Məlumata əsasən, “NEKSU” ötən axşam Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsinə məxsus patrul gəmisi tərəfindən yedəyə alınıb. Bu gün günorta saatlarında Toyama limanı yaxınlığında gəmi mülki yedəkləyici katerə təhvil veriləcək və orada təmir işlərinə başlanacaq.
“Yapon tərəfi vurğulayır ki, gəminin heyəti sağlamdır, özünü yaxşı hiss edir və tam təhlükəsiz şəraitdədir,” — deyə məlumatda bildirilir.

