Hantavirus yayılması aşkarlanan Niderland bayrağı altında üzən “MV Hondius” kruiz gəmisi bazar günü səhər Tenerife adasındakı Qranadilya limanına çatıb.
Bu barədə CBS News Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb.
Hazırda gəmidə 15-dən çox ölkədən təxminən 150 nəfər, o cümlədən 17 ABŞ vətəndaşı var.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb.
Yoluxanlardan Niderlanddan olan ər-arvad və bir Almaniya vətəndaşı həyatını itirib.
Qurum bildirib ki, gəmi limana çatdığı anda bortda qalan şəxslərdə xəstəliyin əlamətləri müşahidə olunmayıb.
Sərnişinlərin və heyətin bir hissəsinin təxliyəsi 5–10 nəfərlik qayıqlarla kiçik qruplar şəklində həyata keçiriləcək.
Əməliyyatı Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq tibbi qurumlar koordinasiya edir.

