Salyan rayonunda sərnişin mikroavtobusu ilə minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, qəza köhnə Ələt–Astara avtomobil yolunun rayonun Çuxanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Ford Transit” markalı sərnişin mikroavtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində 5 nəfər — Etibar Həsənov, Xoşqədəm Veysəlova, Gülşən Veysəlova, Əlihüseyn Bağırov və Adil Əkbərov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralıların hamısı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

