Salyan rayonunda yanğın baş vermiş avtomobili söndürməyə çalışan iki nəfəri maşın vurub. Nəticədə bir nəfər hadisə yerində həlak olub, digəri isə xəsarət alıb.
Bu barədə DenMedia.az report-a istinadənxəbər verir. Hadisə Ələt–Astara magistralında qeydə alınıb.
Bildirilir ki, iki kişi alışan avtomobili söndürmək üçün köməyə gəlib. Həmin anda onları başqa nəqliyyat vasitəsi vurub. Qəza nəticəsində bir nəfər yerindəcə dünyasını dəyişib. Digər şəxs – Salyan rayonunun Xocalı kənd sakini, 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

