Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadən xəbər verilir ki, qəza yeni Ələt–Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb.
Astara rayonunun Şiyəkəran kənd sakini, 35 yaşlı Rəhim Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı maneəyə çırpılıb.
“Qəza nəticəsində sürücü R.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.”
Avtomobildə sərnişin qismində olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

