Yunanıstanın paytaxtı Afinada Böyük Britaniyadan olan 17 yaşlı turist faciəvi hadisə ilə üzləşib.
Ekathimerini qəzetinin məlumatına görə, hadisə iyulun 3-də, təxminən saat 05:00-da şəhərdəki otellərdən birində baş verib.
Məlumata əsasən, spirtli içki qəbul etdiyi bildirilən yeniyetmə otelin birinci mərtəbəsindəki eyvandan yıxılıb və ağır kəllə-beyin travması alıb.
O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, buna nail olmaq mümkün olmayıb.
Daha sonra tibb müəssisəsində yeniyetmədə beyin ölümü qeydə alınıb.

