İstanbulun Bahçelievler rayonunda faciəvi hadisə baş verib. İstanbul Dövlət Opera və Baletinin (İDOB) artisti Emrah Erdem Gedik (48) yaşadığı binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq həyatını itirib.
Hadisə Merkez məhəlləsində dünən saat 22:38 radələrində qeydə alınıb. Məlumata görə, 13 mərtəbəli binada yaşayan Emrah Erdem Gedik eyvandan binanın həyətinə düşüb.
Ətrafdakıların məlumat verməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Ağır xəsarət alan sənətçi təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

