Bakıda SOCAR şirkətinə məxsus yük avtomobili “Lukoil” şirkətinin yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Hadisə Mikayıl Əliyev küçəsində baş verib.
Məlumata görə, gecə saat 04:00 radələrində SOCAR-a məxsus, yanacaq daşıyan yük avtomobili əvvəlcə minik avtomobili ilə toqquşub, daha sonra isə “Lukoil” şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

