ExxonMobil Rusiyanın “Lukoil” şirkətinə məxsus aktivləri almaq imkanlarını qiymətləndirir.
Denmedia.az xəbər verir ki, Reuters-in məlumatına görə, söhbət Qazaxıstandakı Karachaganak və Tengiz layihələrindəki paylardan gedir. Agentliyin yazdığına görə, oxşar marağı Chevron da göstərir.
Bundan başqa, ExxonMobil İraqdakı “West Qurna 2” neft yatağını almaq üçün də müraciət etməyi nəzərdən keçirir. Bu yataq “Lukoil”in ən mühüm xarici aktivlərindən biri sayılır.
Məlumata görə, “Lukoil” ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalar fonunda bəzi beynəlxalq layihələrdən tədricən çıxmağı planlaşdırır və OFAC lisenziyası çərçivəsində müxtəlif satış təkliflərini araşdırır.
“Lukoil” hazırda xarici aktivlərin satışı üzrə müxtəlif variantları nəzərdən keçirir və investorlarla danışıqlar aparır,” — deyə mənbələr agentliyə bildirib.

