Bolqarıstanın milli radiosunun məlumatına görə, parlament “Mec” siyasi partiyasının rus “LUKOIL” şirkətinin aktivlərini milliləşdirməklə bağlı təşəbbüsünü qəbul etməyib.
Səsvermə nəticələrinə əsasən, 42 deputat təşəbbüsü dəstəkləyib, 80 nəfər əleyhinə səs verib, 70 deputat isə bitərəf qalıb.
Rədd edilmiş sənəddə dövlətin “LUKOIL Neftohim Burgas” neft emalı zavodunu və “LUKOIL Bolqarıstan” şirkətinə məxsus bütün infrastruktur obyektlərini satın alması, eləcə də sənədlər hazırlandıqdan sonra danışıqların başlanması nəzərdə tutulurdu.

