Çinin cənubunda yerləşən Quyqan şəhər dairəsində güclü daşqın zooparka ciddi ziyan vurub.
Bu barədə Pengpai məlumat yayıb.
Məlumata görə, zooparkın ərazisi demək olar ki, tamamilə su altında qalıb. Daşqın nəticəsində 100-dən çox heyvanı sel aparıb.
Zooparkdakı bütün ot yeyən heyvanların güclü su axınına düşdüyü bildirilir. Qəfəslərdə saxlanılan bəzi yırtıcı heyvanlar isə xilas ola bilməyib. İlkin məlumata əsasən, üç şir ölüb.
Təbii fəlakətin zooparka vurduğu maddi ziyanın təxminən 4 milyon yuan, yəni 44,9 milyon rubl olduğu bildirilir.
Hazırda xilasedicilər sel sularının apardığı heyvanların axtarışını davam etdirirlər.
Bölgə iyulun əvvəlində Quansi-Çjuan Muxtar Rayonuna təsir edən “Maysak” tayfununun fəsadlarından ciddi zərər görüb. Güclü yağışlar nəticəsində suyun səviyyəsi kəskin yüksəlib.

