Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.
Den.az APA-ya istinadən xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb.
Hazırda avtomobil yolununda hərəkət məhdudlaşdırıb. Ərazidə yerləşən obyektlər su altında qalıb. İlkin məlumatlara əsasən, sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşıb.
Ümumilikdə 3 avtomobil sel suları altında qalıb, 4 avtomobil isə yol kənarında sel sularının içində qalıb.
Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdı - Yağışa görə...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.