Venesuelada baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 4829 nəfərə çatıb.
Bu barədə Milli Assambleyanın spikeri Xorxe Rodriqes məlumat verib.
Rəsmi məlumatlara görə, zəlzələlər nəticəsində 16,7 min nəfər xəsarət alıb, 6,4 min nəfər xilas edilib. Hakimiyyət 128,3 min ailəyə yardım göstərib, 17,9 min vətəndaş evsiz qalıb.
Hazırda 106 müvəqqəti düşərgədə 20,8 min nəfər yerləşdirilib.
Hökumətin hesabatına əsasən, 856 bina zədələnib, 190 bina isə tamamilə dağılıb. Fəlakət zonasında 2,4 min xarici xilasedici, 30,9 min fövqəladə xidmət əməkdaşı və 31,3 min könüllü çalışır.
Xatırladaq ki, Venesuelada bir neçə güclü zəlzələ 24 iyunda baş verib. Yeraltı təkanların maqnitudası 7,2 və 7,5 olub.

