Venesuelada dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 2295 nəfərə çatıb.
Bu barədə ölkə Milli Assambleyasının spikeri Xorxe Rodriges açıqlama verib. Məlumatı VTV telekanalı yayıb.
Rodrigesin sözlərinə görə, təbii fəlakət nəticəsində daha 11 267 nəfər yaralanıb.
“Bu günə olan məlumata görə, 2295 nəfər həlak olub, 11 267 nəfər xəsarət alıb”, — deyə o bildirib.
Spiker qeyd edib ki, zəlzələlərdən sonra evsiz qalanların sayı 12 841 nəfərə yüksəlib.
Ümumilikdə, zəlzələlərin müxtəlif nəticələri — fiziki və psixoloji travmalar, eləcə də evlərin dağılması və ya ciddi zədələnməsi — 26 403 nəfərə təsir edib.

