Çinin cənub-qərbində yerləşən Çuntsin şəhərində dağ yamacının uçması nəticəsində ən azı səkkiz nəfər həyatını itirib, daha 34 nəfər itkin düşmüş hesab olunur.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə iyulun 17-də günün ikinci yarısında Çuntsinin Penşuy qəzasında baş verib.
Fəlakət bölgəsində yüzlərlə xilasedici axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.
Yerli hakimiyyət orqanları təhlükəli ərazilərdə yaşayan 1,1 mindən çox sakini təxliyə edib.
İtkin düşənlərin axtarışları davam etdirilir. Dağ yamacının uçmasının səbəbləri barədə hələlik ətraflı məlumat açıqlanmayıb.

